"Bayern Münhen"in müdafiəçisi Matteys de Liqt Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün İstanbulda "Qalatasaray"a qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, o, fikirlərini klubun rəsmi saytına bölüşüb:
"Çətin oyun olacaq. "Qalatasaray" həmişə öz stadionu ilə mübarizə aparır. Onların arxasında azarkeşləri var. Rəqib böyük təcrübəyə malikdir. "Qalatasaray"ın heyətində böyük liqalarda çıxış etmiş, səviyyəli futbolçular cəmləşib. Çox çətin oyun gözləyirəm. Mümkün qədər yaxşı hazırlaşıb nə olacağını görəcəyik".
Qeyd edək ki, oyunu italiyalı referi Davide Massa idarə edəcək.
Nihat