Qvineyalı hücumçu Seru Qirassinin "Ştutqart"la müqaviləsində olan xüsusi bənd 2024-cü ilin yanvarında qüvvəyə minəcək .
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İddiaya görə, Bundesliqanın bombardirinin müqaviləsindəki bəndə görə, o, 17,5 milyon avroya klubu tərk edə bilər. Bu sərbəst qalma məbləği təkcə qış transfer pəncərəsində deyil, 2024-cü ilin yayında da etibarlı olacaq. 27 yaşlı hücumçunun "Ştutqart"la hazırkı müqaviləsinin müddəti 2024/25 mövsümünün sonuna qədərdir.
Seru Girassi Bundesliqanın bu mövsümündə 8 matçda 14 qol vurub və 1 məhsuldar ötürmə edib. Halbuki, Avropanın ən yaxşı 5 liqasından heç bir oyunçu onun qədər məhsuldar (orta hesabla) deyil.
Mirağa