"Bayern Münhen"in qapıçısı Manuel Noyer Almaniya nəhəngi ilə müqavilə bağlamağa tələsmir.
Fanat.Az xəbər verir ki, 37 yaşlı qolkiper zədədən sonra baş məşqçi Tomas Tuxelin ona nə qədər güvənəcəyinə əmin olmaq istəyir.
İnformasiyanı insayder Tobi Altşeffl yayıb. Jurnalist Noyerin ilk növbədə optimal oyun formasına düşmək niyyətində olduğunu, bundan sonra danışıqlara başlanacağını bildirib.
Noyer yaxın vaxtlarda meydana qayıdacağına ümid edir.
Münhenlilərin kapitanı Almaniya millisinin 2022-ci il dünya çempionatını tərk etməsindən qısa müddət sonra aldığı zədə səbəbindən ötən ilin sonundan bu yana meydana çıxmayıb.
Xatırladaq ki, Manuel Noyerin hazırkı müqaviləsi gələn ilin ortalarında başa çatacaq.
Mirağa