"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Çempionlar Liqasında "Bayern Münhen"ə qarşı keçirdikləri oyun haqda danışıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan Türkiyə nəhənginin çalışdırıcısı doğma meydanda 1:3 hesabı ilə məğlub olduqları görüşü belə şərh edib.
“Rəqib bizdən daha fəal idi, bu, xüsusilə ikinci hissədə nəzərə çarpırdı. İlk hissədə daha yaxşı göründük və tribunaların dəstəyi ilə yaxşı oynadıq. Planımız işlədi, lakin “Bayern”in ikinci qolu hər şeyi pozdu”.
Qeyd edək ki, “Qalatasaray” üç turdan sonra dörd xalla A qrupunda ikinci pillədə qərarlaşıb. “Bayern” isə 9 xalla vahid liderdir.
Mirağa