“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasının 3-cü turu çərçivəsində “Sevilya” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Fanat.Az xəbər verir ki, ispaniyalı mütəxəssis UEFA-nın mətbuat xidmətinə danışıb:
“Burada qələbə qazandığımıza görə çox şadam. Çünki son 10 ildə Avropada az adam Sevilyada uğur əldə edib, amma biz buna nail olduq. Xüsusilə ilk 60-65 dəqiqədə komandanın oyunu çox xoşuma gəldi, çünki biz tam istədiyimiz kimi oynadıq.
2:0 hesabı ilə öndə olanda üçüncü qolu vurmalıydıq - şanslarımız oldu. Əvəzində onlar qol vurdular özlərinə inamları artdı. Nəticədə biz geri çəkilməli olduq.
Qabriel Jezusun zədəsi? Dizində nəsə hiss etdi. Dərhal əvəzlənməsini istədi, bu pis əlamətdir. Çünki Qabi ümumiyyətlə bunu edəcək oyunçu tipi deyil. Gözləmək lazım gələcək - növbəti bir neçə gün ərzində biləcəyik".
Mirağa