"Milan"ın sabiq futbolçusu Ronaldinyo "qırmızı-qaralar"ın vingeri Rafael Leaudan danışıb.
Fanat.Az xəbər verir ki, "La Gazzetta dello Sport" onun dediklərini belə çatdırıb:
"Leau 10 nömrəli forma ilə oynamağa layiqdir. Bu futbolçunun çıxışı məni məmnun edir. Məntiqlə, bu fikirlə futbolu sevənlərin hamısı razılaşmalıdır. Çünki Rafael olduqca baxımlı çıxışla diqqət çəkir. O, meydanda fərq yaratmağı bacaran fiqurdur. Ümid edirəm ki, bu gün Çempionlar Liqasında PSJ-yə qarşı da əla oyun keçirəcək".
Qeyd edək ki, Parisdəki "Park de Prens" stadionunda keçiriləcək PSJ - "Milan" qarşılaşması Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat