"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Çempionlar Liqasının 3-cü turu çərçivəsində "Kopenhagen"ə qarşı keçirdikləri matçdan sonra (1:0) komandasının qapıçısı Andre Onanadan danışıb.
Fanat.Az-ın məlumatına görə, "Manchester Evening News" niderlandlı mütəxəssisin dediklərini belə çatdırıb:
"Onana fərdi bacarığını ortaya qoydu. Andre başa düşür ki, bəzi qarşılaşmalarda öz səviyyəsindən aşağı çıxışla diqqət çəkib və daha yaxşı oynaya bilər. Fasilədən sonra rəqibin qurduğu əks-hücum zamanı parlaq qurtarışla yadda qaldı. Bir məqamı da unutmayaq ki, Andre penaltilər zamanı çox faydalı olur. Bu, onun əsas özəlliklərindən biridir".
Xatırladaq ki, Onana uzatma dəqiqələrində "Kopenhagen"in futbolçusunun penaltidən fərqlənməsinə imkan verməyib.
Nihat