"Nyukasl" italiyalı yarımmüdafiəçi Sandro Tonaliyə əvəzləyici tapıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Inews" yayıb.
Mənbənin məlumatəna görə, "Mançester Siti"nin yarımmüdafiəçisi Kelvin Fillips Tonalini qısamüddətli əvəzləyə bilər. Keçidin 2024-cü ilin qışında baş tutacağı bildirilir. "Nyukasl" futbolçunu sonradan birdəfəlik transfer hüququna yiyələnmək şərti ilə, icarəyə götürmək istəyir.
"Nyukasl"ın yanvar ayında hansısa transferə imza atmaq planı olmasa da, mərc oyuna qoşulan Tonalinin mümkün diskvalifikasiyası onları bazara girməyə məcbur edib.
Kelvin Fillips bu mövsüm "Mançester Siti"nin heyətində cəmi 167 dəqiqə meydanda olub.
Mirağa