"Fənərbağça"nın Direktorlar Şurasının üzvü Selahattin Baki İtsanbul nəhənginin Moskva MOİK-inin müdafiəçisi Villian Roşanı heyətə qatmaq istədiyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Fanat.Az xəbər verir ki, Baki "championat.com"a açıqlamasında məlumatların doğru olmadığını deyib:
"Fənərbağça" Roşanı almaq istəyir? Yox, bu, doğru məlumat deyil".
Qeyd edək ki, 28 yaşlı braziliyalı futbolçu ötən ildən Moskva təmsilçisində çıxış edir. MOİK Villianı Portuqaliyanın "Portimonense" klubundan alıb.