Türkiyənin "Konyaspor" klubunda yeni baş məşqçi təyinatı reallaşıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın "sükanı arxası"na Hakan Keleş gətirilib. Yeni baş məşqçi ilə 2023/2024 mövsümünün sonunadək anlaşma əldə olunub. 51 yaşlı mütəxəssis bu vəzifədə Aleksandr Stanoyeviçi əvəz edib.
Qeyd edək ki, Keleşin son klubu "Giresunspor" olub. "Konyaspor" hazırda turnir cədvəlində 9 xalla 15-cidir.