Fransa Liqa 1-in 10-cu turunun matçında səfərdə “Klermon”a minimal hesabla (1:0) qalib gələn “Nitsa” rekord reallaşdırıb.
Fanat.Az "OptaJean"-a istinadən xəbər verir ki, sözügedən kollektiv 1984-cü ildən bəri Fransa çempionatının ilk on turunda məğlubiyyət acısı yaşamayan ilk komanda olub.
Mənbənin məlumatına görə, sonuncu dəfə belə məğlubiyyətsizlik seriyası 13 tura çatan “Bordo”ya məxsusdur.
10 turdan sonra "Nitsa" 22 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi “Monako”nun isə 9 oyundan sonra 20 xalı var.
Mirağa