Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu həftəsində "Qalatasaray" evdə "Bayern Münhen"ə 1:3 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, sözügedən qarşılaşmada coşqu təhlükəli həddə olub.
"Reddit"in məlumatına görə, Mauro İkardi 30-cu dəqiqədə penaltidən hesabı bərabərləşdirəndə stadionda səs-küy 131,1 desibelə çatıb. Bu isə hətta 100 yard (təxminən 91,5 metr) məsafədə olan reaktiv mühərrikin səsindən yüksəkdir.
Belə bir səs-küy səviyyəsinin gələcəkdə eşitmə problemlərinə səbəb ola biləcəyi qeyd edilib. O, "eşitmə ağrısı" həddinə yaxındır.
Mirağa