"Atalanta" rəhbərliyi komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançukla bağlı qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Metaratings" yayıb.
Mənbə Berqamo təmsilçisinin Mirançuku bu qış icarəyə verməyi planlaşdırdığını vurğulayıb. Futbolçunun kifayət qədər forma şansı qazanmamasından narazı olduğu bildirilib.
28 yaşlı Mirançuk cari mövsüm İtaliya A Seriyasında 3, Avropa Liqasında isə 1 oyun keçirib və məhsuldar göstəricilərlə yadda qalmayıb. Onun "Atalanta" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayında başa çatacaq.
Nihat