London "Arsenal"ı səs-küylü transfer reallaşdırmağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb.
Xəbərə görə, "topçular"ın baş məşqçisi Mikel Arteta "Kristal Pelas"ın müdafiəçisi Mark Qehinin yayda heyətə cəlb edilməsini şəxsən istəyir və bu barədə rəhbərliklə danışıb. Mənbə "Arsenal"ın 23 yaşlı oyunçu üçün 50 milyon funt sterlinq (57 milyon avro) ödəməyə hazır olduğunu vurğulayıb.
Bu mövsüm Mark "Kristal Pelas" forması ilə bütün turnirlərdə 11 oyuna çıxıb. Onun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
Nihat