"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan son "el klasiko"da "Real Madrid"dən aldıqları məğlubiyyəti (1:2) şərh edib.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" Almaniya millisinin türk futbolçusunun dediklərini belə çatdırıb:
"Belə böyük oyunda yenildiyimiz üçün paltardəyişmə otağında hamının məyus olduğunu gördüm. Mən daha çox qəzəb görmək istərdim. Biz uduzanda və daha yaxşısını edə biləcəyimizi anlamalı və daha çox emosiya nümayiş etdirməliyik. Meydanda müəyyən vəziyyətlərdə daha effektiv olmalıyıq, amma bunu etmirik. Bu mövzuda bir addım öndə olmaq lazımdır. Əks halda “Real” və “Jirona” bizdən xeyli uzaqlaşacaq.
Mən bura belə matçlarda uduzmaq və ya belə problemlərin yaranmasına imkan vermək üçün gəlməmişəm. Veteran futbolçu kimi komandada belə problemlərin yaranmasının qarşısını almaq mənim də borcumdur".
Nihat