"Real Madrid"in xorvat ulduzu Luka Modriç "Kral klubu"nun forması ilə yubiley matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Luka La Liqanın 11-ci turu çərçivəsində dünən keçirilən matçın - "Barselona" ilə görüşün (2:1) 63-cü dəqiqəsində oyuna qoşulub.
Bu, 38 yaşlı futbolçunun "Real"ın heyətində 500-cü görüşü olub.
2012-ci ildən İspaniya nəhənginin uğurları üçün çalışan Modriç bu müddət ərzində 37 qol, 78 məhsuldar ötürmə ilə yadda qalıb.