UEFA Avropa Liqasında H qrupunda yer alan "Qarabağ" bu gün Almaniyanın "Bayer Leverkuzen" komandasını qəbul edəcək. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyevlə əlaqə saxlayıb təmsilçimizin qrupdakı dördüncü oyunu barədə nə düşündüyünü soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hər halda, bu oyun birinci oyundan fərqli olacaq. İnanmıram ki, "Qarabağ" bu oyunda böyük hesabla məğlub ola. Azarkeşlərin önündə oynadığı üçün daha inamlı olacaq. Bu oyunda "Qarabağ" 1 xal qazana bilər. İlk oyundan fərqli olaraq, "Bayer Leverkuzen" bu qarşılaşmaya çox da ciddi yanaşmaması mümkündür. İlk qarşılaşmadakı qalibiyyət onları rahatlaşdıra bilər. "Qarabağ " evdə oynayır və 1 xal qazana bilər. Növbəti mərhələyə yüksəlmək üçün qupda "Qarabağ"ın əsas rəqibi "Molde"dir".
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" oyunu 21:45-də başlayacaq.
Nahid Məmmədov