Belçika millisinin gənc yarımmüdafiəçisi Artur Vermeren AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan seçməsinə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az "Voetbalprimeur"a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu Serbiyanı 1:0 hesabı ilə məğlub etdikləri yoldaşlıq görüşünün ardından belə danışıb:
"Qrupu birinci pillədə başa vurmaq üçün qalib gəlmək istəyirik. Bu qarşılaşma bazar günü Azərbaycanla matç üçün yaxşı hazırlıq idi".
Qeyd edək ki, noyabrın 19-da Brüsseldə baş tutacaq oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla liderdir. Millimiz isə 4 xalla 4-cü pillədə qərarlaşıb. Tərəflərin Bakıdakı dueli Belçikanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.