Çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavi postundan ayrılıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "BBC Sport" yayıb.
Sözügedən ölkənin seçməsi Avropa çempionatının son oyununda moldovalıları böyük hesabla (3:0) məğlub etsə də, 2018-ci ildən Çexiya yığmasını çalışdıran Yaroslav Şilqavi istefaya getmək qərarına gəlib. O, qərarını matçdan əvvəl verdiyini belə izah edib:
"Hazırda xoşbəxt olsam da, qərar matçdan əvvəl verilib. Təzyiq çox yüksək idi - həddindən artıq. Mən həmişə bu təzyiqi başa düşə bilmirdim".
Şilqavi Çexiya millisinin sükanı arxasında 56 görüş keçirib - o, 26 qələbə qazanıb, 10 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub.
Mirağa