"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu olacaq səfərinin planı müəyyənləşib.
Fanat.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Ağdam təmsilçisi noyabrın 29-da səhər saatlarında Bakıdan Norveçə yola düşəcək.
Yerli vaxtla 14:30-da mənzil başına çatması planlaşdırılan "köhlən atlar" "Skandik" otelində məskunlaşacaq.
Həmin gün axşam baş məşqçi Qurban Qurbanov futbolçuları son məşqə çıxaracaq. Həmçinin, yerli vaxtla 19:00-da Qurbanovun mətbuat konfransı olacaq. Komanda dekabrın 1-də səhər saatlarında Bakıya qayıdacaq.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.
Mirağa