10:48 27.11.2023 575

"Neftçi"nin üç aylıq kabusu davam etdi, “Qarabağ” vahid lider oldu – Tura baxış

Misli Premyer Liqasının 14-cü turu da geri də qaldı. Bu turu əlamətdar edən “Qarabağ”ın vahid liderə çevrilməsi oldu. Səfərdə “Sabah”ı məğlub edən “köhlən atlar” “Zirə”nin Sumqayıtda büdrəməsindən yararlanmağı bacardı. “Turan Tovuz”un Qəbələdə darmadağın olması da turun diqqət çəkən hadisələrindəndir.

"Sabah” – “Qarabağ” 1:2
Qollar:
Jesse Sekidika, 63 - Toral Bayramov, 58-pen. Nəriman Axundzadə, 60.
“Sabah”: 55. Nicat Mehbalıyev, 77. Namik Ələskərov, 10. Aleksey İsayev (k), 2. Amin Seydiyev, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 7. Boyan Letiç, 44. Sofian Çakla, 18. Davit Volkov, 70. Jesse Sekidika, 19. Emmanuel Apeh.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 4. Elvin Camalov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 14. İshak Belfodil, 28. Kahim Parris, 12. Vensan Till.
Baş məşqçi: Murad Musayev.
“Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benziya, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Çətin Norveç səfərinə hazırlaşan “Qarabağ” üçün Masazırda qazanılan qələbənin əhəmiyyəti böyük idi. Bu komandaya həm vahid liderə çevrilmək, həm də əlavə motivasiya qazanmaq şansı verirdi. Sonda elə hər şey Qurban Qurbanovun istədiyi kimi də oldu. Düzdür, meydan sahibləri ilk yarıda hesabı açmaq fürsətini dəyərləndirsəydilər, başqa ssenari də izləyə bilərdik. Apeh 32-ci dəqiqədə penaltidən yararlana bilmədi. Əvəzində Toral Bayramov 58-ci dəqiqədə “nöqtə”dən dəqiq zərbə vurdu. Bu qol “Qarabağ”ı önə keçirdi. İki dəqiqə sonra “Qarabağ”ın daha bir yerli futbolçusu fərqləndi. Nəriman Axundzadə adını tabloya yazdırmaqla komandasının üstünlüyüni iki topa çatdırdı. Jesse Sekidikanın 63-cü dəqiqədə vurduğu qol “Sabah” üçün zəif təsəllidən başqa bir şey deyildi.
Xalını 29-a çatdıran “Qarabağ” 1-ci pilləyə yüksəldi. Bu mövsüm heç cür sabit oyun sərgiləyə bilməyən “Sabah” isə 16 xalla 7-ci sırada qaldı.

“Səbail” – “Kəpəz” 0:0
“Səbail”: 1. Səlahət Ağayev (k), 9. Amil Yunanov, 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 99. David Qomis, 27. Pedro Nuno, 55. Nir Bardea, 3. Silven Deslandes, 21. Anas Najah.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 90. Aleksandr Ramalinqom, 44. Yadin Luqasi.
Baş məşqçi: Şahin Diniyev.
“Kəpəz”: 96. İqor Rodriqes, 7. Ehtiram Şahverdiyev, 11. Elnur Cəfərov, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 26. Adama Niane, 91. Latir Fall, 25. Georgi Papunaşvili, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 15. Cavad Kərimov, 9. Mate Kvirkviya.
Baş məşqçi: Adil Şükürov.

Bu mövsüm keçirdiyi oyunlarda qol vurmağa adət edən “Səbail”i “Kəpəz” büdrətdi. Adil Şükürovun Gəncə klubunun baş məşqçisi kimi ilk oyununa çıxdığını nəzərə alsaq, Bayılda qazanılan bu 1 xal qonaqlar üçün pis nəticə sayılmamalıdı. Şükürovun gəlişi “Kəpəz”in futbolçularında özünəinam yaratmışdı. Çox güman ki, bundan komandanın “Araz Naxçıvan” üzərində qazandığı qələbənin də rolu olmuşdu. “Səbail” isə qaçırdığı qol vəziyyətlərinə görə üzülməlidir. Amma oyundan sonra meydan sahiblərinin itirilən iki xala görə çox da məyus görünmədiyini də qeyd etməliyik. Hər halda “Səbail” də turu məğlubiyyətsiz başa vurmağı bacardı.
22 xallı “Səbail” 4-cü yerdə qərarlaşıb. Cəmi 10 xalı olan “Kəpəz” hələ də sonuncu pillədən qurtula bilmir.

“Qəbələ” – “Turan Tovuz” 4:0
Qollar:
Bilel Auaşeriya, 42, 49; 85, Samuel Tetteh, 53
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 5. Rauf Hüseynli, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 10. Omar Hani, 8. Gilad Abramov
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 72. Osama Xalayla, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
“Turan Tovuz”: 13. Aydın Bayramov, 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov (k), 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 99. Veysəl Rzayev, 60. Səbayıl Bağırov, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov, 79. Martin Petkov
Baş məşqçi: Ayxan Abbasov

Ən nikbin qəbələli azarkeş də “qırmızı-qaralar”ın “Turan Tovuz”a 4 cavabsız qol vuracağına inanmazdı. Amma möcüzə gerçəkləşdi, özü də artıqlamasıyla. Bilel Auaşeriya tovuzluları belə desək, təkbaşına məğlub etdi. Fransalı yarımmüdafiəçi 7 dəqiqəyə “dubl” etdi, 85-ci dəqiqədə isə “het-trik”i rəsmiləşdirdi. Samuel Tetteh isə 53-cü dəqiqədə komandasının qələbəsinə vurduğu qolla öz töhvəsini verdi. “Turan Tovuz” bu qollardan heç birinə cavab verə bilmədi. İndiyə qədər qərb klubunun doğma meydanda zəif çıxışına şahidlik edirdiksə, Ayxan Abbasovun çalışdırdığı komanda bu dəfə səfərdə rəqibinə müqavimət göstərə bilmədi. Abbasov komandasının hücum potensialını ikinsi hissədə artırmağa çalışdı ki, artıq “qatar getmişdi”.
Qələbə sayəsində “Qəbələ”nin xal ehtiyatı 11-ə çatdı. Bu isə o deməkdir ki, “qırmızı-qaralar” sonuncu pilləni “Kəpəz”ə təhvil verdi. “Turan Tovuz” isə artıq “zirzəmi"yə doğru sürüşür. 15 xalı olan Tovuz komandası 8-ci sıradadır.

“Neftçi” – “Araz-Naxçıvan” 1:1
Qollar:
Yuri Matias, 41 - Orxan Əliyev, 90+3.
“Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Adrian Mutu.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Bazar günü keçirilən ilk oyunda “Neftçi” “Araz Naxçıvan”ı doğma meydanda qəbul edirdi. Bu mövsüm öz meydanında cəmi bir qələbə qazanan “ağ-qaralar”ın nəhayət ki, ikinci qələbəni rəsmiləşdirəcəyi gözlənilirdi. Rəqib də son turlar yaxşı günlərini keçirmir, ardıcıl xal itkilərinə məruz qalırdı. Yuri Matiasın 41-ci dəqiqədə vurduğu qol sayəsində meydan sahibləri fasiləyə üstün yollandı. Artıq çox az adam “Neftçi”nin bu oyunda qələbəni əldən verəcəyini düşünürdü. Amma Mutunun yanlış əvəzetmələri “möcüzə”ni gerçəkləşdirdi. Minimal hesablı qələbəni qorumaq düşüncəsiylə müdafiəni gücləndirən “Neftçi” bunun acısını oyuna əlavə edilmiş dəqiqələrdə çəkdi. Orxan Əliyev əla baş zərbəsiylə “Araz Naxçıvan”ı məğlubiyyətdən xilas etdi. Bununla da Naxçıvan təmsilçisi bu mövsüm ikinci oyunda da “Neftçi”yə uduzmadı.
“Araz Naxçıvan” “dişiylə-dırnağıyla” 21 xal toplayıb və 5-ci pillədə özünü xeyli rahat hiss edir. 14 tura 19 xal toplayan “Neftçi” isə Azər Bağırovun komandasından bir pillə geridədir.
Onu da qeyd edək ki, "Neftçi" avqust ayından bu yana evdə qələbəyə həsrətdir. "Ağ-qaralar"ın doğma arenada sonuncu və yeganə zəfəri avqustun 27-də "Qəbələ" ilə görüşdə olub.   

“Sumqayıt” – “Zirə” 0:0
“Sumqayıt”:
1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 12. Abu Dosso, 10. Kamran Əliyev, 9. Erik Sorqa, 71. Masaki Murata, 60. Tresor Mossi.
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 35. Sənan Muradlı, 58. Oktavio Manteka, 18. Kristian Velinovski.
Məşqçi: Mübariz Orucov.
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 66. Pərviz Azadov, 9. Vladislav Kulaç, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrilla.
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə” ənənəsinə sadıq qalaraq, Sumqayıtda uduzmamağa oynadı. Qonaqların təklif etdiyi oyun tempi elə “Sumqayıt”ın da ürəyincə oldu. Nəticədə azarkeşlər elə də maraqlı, qol vəziyyətləri ilə zəngin görüş izləyə bilmədilər. Qapılara qolun vurlmadığı oyunda tərəflər hərəyə 1 xalla kifayətləndilər. Elə oyundan sonrakı mətbuat konfransında da oyunda kəsərli vəziyyətlərin azlığı, əsasən taktiki mübarizənin getdiyi hər iki məşqçi tərəfindən etiraf olundu. Əslində, burda təəccüblü nəsə yoxdu. Strateji baxımdan “sülh” hər iki komandaya sərf edən nəticə idi.
Xal itkisi “Zirə”yə daha çoz üzücü oldu ki, qəsəbə təmsilçisi 2-ci pilləyə gerilədi. Rəşad Sadıqovun çalışdırdığı komandanın aktivində 28 xal var. “Sumqayıt” isə 22 xalla turnir cədvəlinin üçüncüsüdür.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 May 2025
21:45

Yamal İngiltərədə oynamaq istədiyi iki yerin adını çəkdi

21:14

"O zərbə qola çevrilsəydi, "İmişli"ni öz meydanımızda da məğlub edəcəkdik" - Füzuli Məmmədov

20:55

MPL: "Sabah" "Şamaxı" üzərində inamlı qələbə qazandı

20:16

Azərbaycan millisi Belarus yığmasına qalib gəldi

19:45

Birinci Liqa: "Mingəçevir" "İmişli"dən xal aldı, "Karvan" darmadağına məruz qaldı

19:14

Xavi Ançelottinin tənqid olunmasına belə münasibət bildirdi

18:53

Çempionlar Liqasının qalibi vəfat etdi

18:22

"İndi sevinə bilərik" - İsko finala çıxmaqlarını şərh etdi

17:50

"Bayer Leverkuzen"də Alonso dönəmi başa çatdı -RƏSMİ

17:30

Əvəzedicilər Liqası: 34-cü turun təyinatları açıqlandı

17:12

"Neftçi" "Turan Tovuz"la matça 7 itki ilə çıxacaq

16:55

"Trentin gedişinə görə məyusam" - Arne Slot

16:37

Rəşad Sadıqov 6 futbolçusunu autsayderə qarşı oynada bilməyəcək

16:19

"Finalda qalib gəlmək üçün..." - MY-nin mərkəz müdafiəçisi

16:01

Alonso "Bayer"i "Real"a dəyişəcəyini təsdiqlədi

15:43

"O, indiyədək gördüyüm ən yaxşı lider, ən yaxşı müdafiəçidir" - Devid Bekhem

15:24

"İlk qolun bizi həyəcanlandırmadığını desəm, yalan olar" - Rasmus Höylund

15:06

İngiltərədə mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

14:47

"Mən artıq finala görə həyəcanlıyam" - Ruben Amorim

14:28

"Son 10 dəqiqə bizim üçün çox pis keçdi" - "Atletik"in baş məşqçisi

14:10

"Bunun üçün mənə çox güclü bir təlim-məşq toplanışı lazımdır" - 2-ci Liqanın bombardiri Cavid İmamverdiyev

13:42

Azərbaycan Velosiped Federasiyasının yeni İcraiyyə Komitəsinin ilk iclası keçirildi

13:24

İkinci Liqa: Turun bütün oyunları eyni vaxtda başlayacaq

13:05

Azərbaycan millisi iki ölkədə təlim-məşq toplanışı keçirəcək

12:46

Alonso "Real"la razılığa gəldi - Şərtlər də bilindi, müqavilə müddəti də

12:27

Hələ "Çelsi" tarixində Uolş kimisi olmamışdı

12:09

De Bröyne "Mançester Siti"ni digər İngiltərə nəhənginə dəyişir - SON DURUM

11:51

Pelleqrini "Fiorentina" ilə heç-heçəni qələbə sayır

11:30

Cüdoçularımız "Böyük Dəbilqə"ni medalsız başa vurdular

11:09

Türkiyədə 2025/2026 mövsümünün "transfer pəncərəsi"nin vaxtı açıqlandı

10:43

İngiltərə Çempionlar Liqasında 6 komanda ilə təmsil olunacaq

10:22

"Betis" bunu ilk dəfə bacardı, İspaniyanı Almaniyaya çatdırdı

10:01

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:40

Bekhemin karyerasında ən yaxşı kapitan kim olub? - Özü açıqladı

09:19

Arif Əsədov Özbəkistanda Mircəlal Qasımovla görüşdü - FOTOLAR

01:44

KL: "Çelsi" finalda "Betis"lə qarşılaşacaq

00:56

UEFA Avropa Liqası: Finalda İngiltərə komandaları qarşılaşacaqlar

08 May 2025
23:42

Azərbaycan güləşçiləri Antalyada 6 medalla 2-ci oldular

23:20

"Liverpul" onu Trentin yerinə gətirməyə yaxın olsa da...

22:50

Konte liderliyə yüksəltdiyi "Napol"ini bu kluba dəyişə bilər - SƏBƏB

Facebookdan bizi izləməyi unutmayın.
X