"Atletiko Madrid"in yarımmüdafiəçisi Koke unikal nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, La Liqanın 14-cü turu çərçivəsində "Malyorka"nı məğlub etdikləri matç (1:0) start "11-lik"də yer alan və 63-cü dəqiqədə əvəzlənən kapitan üçün "Atletoko" forması ilə 600-cü görüş olub.
Koke Madrid təmsilçisinin tarixində 600 oyun həddinə çatan ilk oyunçudur. Onun ən yaxın izləyəcisi isə sabiq yarımmüdafiəçi Adelardo Rodrigesdir - 553 oyun.
Sözügedən futbolçu "Atletiko"da 2009-cu ildə debüt edib. 31 yaşlı Koke bütün karyerasını indiki klubunda keçirib. O, paytaxt təmsilçisinin sıralarında çıxdığı 600 qarşılaşmada 47 qol və 113 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat