Bu gün Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Fanat.Az xəbər verir ki, mübarizəyə bu mərhələdən başlayacaq Premyer Liqa klubu "Səbail" II liqa təmsilçisi "Şəfa" ilə oyuna itkilərlə çıxacaq.
Çempionatda zədəli Ağabala Ramazanov, Aleksandr Ramalinqom və Cabir Əmirli kimi aparıcı oyunçularının xidmətindən yararlana bilməyən bakılıların baş məşqçisi Şahin Diniyevin "ikinci cəbhə" ilə bağlı da qayğıları var.
Söhbət ötən mövsümdən qalan cəzalardan gedir. Belə ki, Bayıl klubunun iki oyunçusu - Adil Nağıyev və Vüqar Həsənov kubok matcını buraxmaq məcburiyyətindədir. Halbuki, bu və ya digər səbəblərdən oyun praktikasından məhrum olan müdafiəçilərin məhz zəif rəqiblə qarşılaşmada meydana çıxmasına ehtiyac var. Şahin Diniyev əsas heyət oyunçularına istirahət vermək üçün Adillə Vüqarın xidmətinə ehtiyac duysa da, bu, "Şəfa" ilə bir görüşdən ibarət matçda mümkün olmayacaq.
Qeyd edək ki, “Şəfa” – “Səbail” oyunu bu gün "ASCO Srena"da baş tutacaq və saat 15:00-da start götürəcək.
Mirağa