İngiltərə Premyer Liqasının rəsmi saytı noyabr ayının ən yaxşı məşqçisi adına namizədləri açıqlayıb.
Fanat.Az xəbər verir ki, bunlar Erik ten Haq (“Mançester Yunayted”), Eddi Hau (“Nyukasl”), Andoni İraola (“Bornmut”) və Robert Edvards (“Luton”).
Səsvermə dekabrın 6-na qədər davam edəcək. Azarkeşlərin səsləri futbol ekspertləri qrupunun rəyləri ilə birləşdiriləcək. Qalibin adı gələn həftə bilinəcək.
Xatırladaq ki, İPL-də ötən ayın ən yaxşı məşqçisi "Tottenhem"in çalışdırıcısı Angelos Postekoğlu olmuşdu.
Nihat