Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) hücumda ən effektiv futbolçuların reytinqini tərtib edib.
Fanat.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, "Bayern Münhen"in hücumçusu Harri Keyn ilk sırada qərarlaşıb.
İlk "10-luq"da “Zenit”dən Mateo Kasyerra da yer alıb.
Reytinq çempionatda 90 dəqiqə ərzində qapıya vurulan zərbələrin qola çevrilmə əmsalı ilə hesablanmış indeks əsasında tərtib edilib. Üstəlik, yalnız bu mövsüm çempionatda ən azı 8 oyun (720 dəqiqə) keçirmiş futbolçuların göstəriciləri nəzərə alınıb.
Beləliklə, ilk "10-luq" belədir:
1. Harri Keyn (Bayern) (90 dəqiqəyə 1,57 qol, zərbələrin qola çevrilmə nisbəti - 37 faiz, ümumi indeks - 0,533).
2. Santiaqo Ximenez (Feyenoord) (1,4/33 faiz/0,361).
3. Cud Bellinqhem (Real Madrid) (0,98/37 faiz/0,355).
4. Simon Banza (Braqa) (1,23/36 faiz/0,355).
5. Lautaro Martines (İnter) (1,11/33 faiz/0,341).
6. Olivye Jiru (Milan) (0,85/41 faiz/0,325).
7. Erlinq Holand (Mançester Siti) (1,14/29 faiz/0,314).
8. Mateo Kassyerra (Zenit) (0,97/40 faiz/0,311).
9. Vangelis Pavlidis (AZ Alkmaar) (1,23/31 faiz/0,292).
10. Kilian Mbappe (PSJ) (1,3/26 faiz/0,289).
Mirağa