"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino dekabrın 3-də baş tutacaq "Brayton"la Premyer Liqa matçından öncə bu yay "zadəganlar"a qoşulan yarımmüdafiəçi Moyses Kaysedodan danışıb.
Fanat.Az xəbər verir ki, "Evening Standard" onun dediklərini belə çatdırıb:
“İndi Moyses üçün şərait əvvəlkindən fərqlidir. O, Premyer Liqada bir neçə oyun keçirdikdən sonra bizə qoşuldu. O, zədəli idi və beynəlxalq oyunlara görə çox uçmalı oldu.
Oyunçuları fərqli komandalarda və müxtəlif mövsümlərdəki performansına görə qiymətləndirmək tam ədalətsizlikdir. Həm Kaysedo, həm də Sançesin gözlədiyimiz səviyyədə çıxış edəcəklərinə şübhəmiz yoxdur”.
Xatırladaq ki, Kaysedo avqustun 14-də “Çelsi”nin futbolçusu olub. London təmsilçisi onu "Brayton"dan 133,5 milyon avroya alıb.