"Bayern Münhen"in və Kanada millisinin futbolçusu Alfonso Devis iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Xəbərə görə, uzun müddətdir Devislə maraqlanan "Real Madrid" Almaniya nəhəngi ilə danışıqları intensivləşdirib. Mənbə sözügedən futbolçunun "kral klubu"na gələn il keçəcəyini vurğulayıb.
Qeyd edək ki, 23 yaşlı Devisin "Bayern"lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayına qədərdir. "Transfermarkt" portalı onun transfer qiymətini 70 milyon avro ilə dəyərləndirir.