Nüfuzlu "Bild" nəşri gələn il keiriləcək futbol üzrə Avropa çempionatında Almaniya yığmasının əsas qapıçısının kim olacağını açıqlayıb.
Fanat.Az xəbər verir ki, mənbə baş məşqçi Yulian Nagelsmanın "Barselona"nın qoliperi Mark-Andre ter Ştegenə deyil, Manuel Noyerə güvənəcəyini vurğulayıb.
Xəbərə görə, Noyer uzun müddət zədədən əziyyət çəksə də, Nagelsmanb 37 yaşlı qolkiperin liderlik keyfiyyətlərinə üstünlük verir.
Xatırladaq ki, Noyer daha öncə Almaniya millisində karyerasını bitirməyə hazırlaşmadığını deyib.