"Roma"nın baş məşqçisi Joze Mourinyu İtaliya A Seriyasının 14-cü turunda "Sassuolo" üzərində qazandıqları qələbəni (2:1) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis fikirlərini "canavarlar"ın rəsmi saytına bölüşüb:
"Çox vacib, əzmkar və layiqli qələbə qazandıq. Çünki 0:1 hesabı ilə geridə olanda da komandam rəqibdən yaxşı görünürdü. Buna görə də oyunçularım və azarkeşlər üçün şadam.
"Sassuolo"nu və bəzi tərəfdarları qıcıqlandıran məqama - kənara çıxmış topu onlara qaytarmamağımıza gəlincə, həmkarıma yaxınlaşıb dedim ki, təmiz oyun istəyiriksə, öncə topu bizə vermək lazım idi. "Sassuolo"nun bir futbolçusu var ki, o, bu keyfiyyətdən məhrumdur".
Qeyd edək ki, A seriyasının geridə qalan 14 turundan sonra 24 xalı olan "Roma" turnir cədvəlinin 4-cü pilləsində mövqe tutub.
Nihat