Vinçenso Montella tərəfindən Türkiyə millisinin əsas heyətinə cəlb edilən Kənan Yıldız Almaniyaya vurduğu qolla Avropa nəhənglərinin diqqətini çəkib.
Fanat.Az "La Gazetta Dello Sport"a istinadən xəbər verir ki, 18 yaşlı futbolçu "Yuventus"la son 6 matçda cəmi 3 dəqiqə meydanda olmasına baxmayaraq, Turin klubu onu 30 milyon avroya satmağı düşünür.
Xəbərə görə, gənc oyunçu ilə "Liverpul", "Arsenal" və "Milan" kimi klublar maraqlanır.
Qeyd edək ki, Kənan Yıldızın "Yuventus"la 2027-ci ilə qədər müqaviləsi var. O, bu mövsüm İtaliyada 10 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Nahid Məmmədov