"Real Madrid"in qapıçısı Tibo Kurtua Belçika millisinin heyətində Avropa çempionatının oyunlarında iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, məlumatı "Marca" yayıb.
Mənbənin məlumatına görə, cari mövsümün startından əvvəl çarpaz bağın yırtılması səbəbindən sıradan çıxan 31 yaşlı qolkiperin 2024-cü ilin yazında yaşıl meydana qayıtması gözlənilir. Bununla belə, Kurtua artıq “Real Madrid”ə Belçika millisi ilə Avropa çempionatına yollanmayacağı barədə məlumat verib. Turnir iyunda başlayır, lakin qapıçı optimal formada olana qədər "Real"ın düşərgəsində qalmaq niyyətindədir.
Belçika millisi qrup mərhələsində Slovakiya və Rumıniya milliləri ilə qarşılaşacaq. Kvartetin dördüncü üzvü pley-off mərhələsinin nəticələrinə əsasən müəyyənləşəcək.
Mirağa