"Mançester Siti"nin müdafiəçisi Kayl Uolker son oyunlarda "şəhərlilər"in çox qol buraxmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, o, formasını geyindiyi klubun saytına açıqlamasında belə danışıb:
"Həm Rodri buna görə məyusdur, həm də mən. Amma meydanda hamılıqla müdafiə olunmaq lazımdır. Baş məşqçimizin tələbi belədir. Kollektiv şəkildə müdafiə olunmalı və 11 oyunçu ilə hücuma keçməliyik. Yəqin ki, bəzən qapıçımızın da irəli çıxaraq ötürmələr etdiyini görürsünüz. Əlbəttə, müdafiəçi olaraq biz son vaxtlar çox qol buraxmağımızın, xüsusilə oyunların sonlarında belə vəziyyətə düşdüyümüzün fərqindəyik və üzgünük. Hərdən bunu konsentrasiya problemi ilə də bağlamaq olar. Bu, futboldur. Futbolun gözəlliyi bundadır ki, həmişə irəlidə daha bir oyun olur və həmin qarşılaşma sənə səhvləri düzəltmək imkanı yaradır. Həmin matç çərşənbə günü güclü rəqibə qarşı olacaq".
Qeyd edək ki, MS İngiltərə Premyer Liqasının 6-cı turunda "Aston Villa" ilə qarşılaşacaq.
Nihat