"Nottingem Forest"in baş məşqçisi Stiv Kuper İngiltərə Premyer Liqasının 15-ci turunda səfərdə "Fulhem"dən aldıqları ağır məğlubiyyəti (0:5) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Lazım olan qədər istəkli görünmədik və bunun əvəzini ödədik. Reallıq budur ki, işimizin öhdəsindən gələ bilmədik, sürətdə rəqibə uduzurduq. Həvəssizlik nümayiş etdirirsinizsə, bu axşam baş verən uğursuzluqla üz-üzə qalmaq riskiniz var.
İşimi itirmək ehtimalı? Bu barədə düşünmürəm. Klub üçün doğru olan mənim üçün də doğrudur. Oyundan sonra klubun sahibi ilə danışmadım".
Qeyd edək ki, hazırda 13 xalı olan "meşəbəyilər" İPL-in turnir cədvəlində 16-cı yerdə qərarlaşıblar. "Fulhem" isə bu darmadağın sayəsində xal hesabını 18-ə çatdıraraq 12-ci yerə yüksəlib.