Misli Premyer Liqasının 16-cı turunda "Qəbələ"nin qonağı olacaq "Kəpəz"in heyətində itkilər minimuma enib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisinin portuqaliyalı yarımmüdafiəçisi sıraya dönüb.
Həkimlər zədədən əziyyət çəkən 29 yaşlı futbolçunu "qırmızı-qaralar"la matça hazırlaya biliblər.
Qeyd edək ki, iki gün əvvəl Gəncə təmsilçisinin mətbuat xidmətindən saytımıza verilən açıqlamada Latir Falın "Qəbələ" ilə matçı buraxacağı bildirilmişdi.
Əvəzində Olavale Onanuqanın "Qəbələ"yə qarşı oynamayacağı dəqiqdir. Nigeriyalı yarımmüdafiəçi vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşüb.
Qeyd edək ki, bu gün, dekabrın 9-da keçiriləcək "Qəbələ" - "Kəpəz" qarşılaşması 15:00-da başlayacaq.
Nihat