"Mançester Yunayted" yanvarda yarımmüdafiəçisi Kristian Eriksendən yaxa qurtarmaq niyyətindədir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yaylb.
Mənbənin məlumatına görə, mankunianlılar 31 yaşlı danimarkalını satmaq istəyir.
Baş məşqçi Erik ten Haq bu mövsüm Eriksenə çox da güvənmir. Yarımmüdafiəçi İngiltərə Premyer Liqasının bu mövsümündə cəmi 6 oyunda start heyətində meydana çıxıb. Futbolçu hazırda dizindən zədəsini sağaldır.
Xatırladaq ki, Eriksen “Mançester Yunayted”ə 2022-ci ilin yayında azad agent kimi keçib. Ona Səudiyyə Ərəbistanından təklif var.
Mirağa