Misli Premyer Liqasının 16-cı turunda "Kəpəz" səfərdə "Qəbələ" nin qonağı olub. Görüş Gəncə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Sarı-göylər" in təcrübəli futbolçusu Vurğun Hüseynov matçdan sonra Fanat.Az-a açıqlama verib.
"Bizim üçün 9 xallıq oyun idi. "Qəbələ" səfəri çətindir. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirərək qələbə qazandıq. Bu qələbə bizi aldatmamalıdır. Çünki növbəti matç "Sumqayıt"a qarşıdır. Belə davam etsək, yaxşı nəticələr də olacaq".
Oyuna Elmir Tağıyevi əvəzləyərək matçın 89-cu dəqiqəsində çıxan Hüseynov bu məqamla bağlı sualı da cavablandırıb: "Mən bildiyiniz kimi, komandanın təcrübəli futbolçusuyam. Oynadım-oynamadım, istəyirəm gənclərə fayda verim. Meydanda bir dəqiqə də olsam, beş dəqiqə də olsam, komandama kömək etmək istəyirəm".