UEFA Avropa Liqasının qrup mərhələsinin H qrupunda yer alan "Qarabağ" dekabrın 14-də İsveçin "Hekken" komandasını qəbul edəcək. Azərbaycan millisinin və "Qarabağ"ın sabiq çalışdırıcısı Ağasəlim Mircavadovla əlaqə saxlayıb təmsilçimizin qrupdakı son oyunu barədə nə düşündüyünü soruşduq.
"Şöhrət" ordenli mütəxəssisin Fanat.Az-a açıqlamasını təqdim edirik:
"Əvvəldə demişdim ki, "Qarabağ" qrupdan çıxacaq. Təmsilçimiz "Bayer Luverkuzen"in doğma meydanda nə edəcəyinə fikir verməli deyil. Biz öz oynumuzu oynamalı və öz qələbəmizi qazanmalıyıq. Çünki bu əziyyətdən sonra nəsə ayrı hesabın olmasına heç kim razı olmaz. "Qarabağ" çox işlər görüb. İlin nöqtəsini də inamla qoymalıdırlar ki, qələbə qazanıb ikinci yerlə qrupdan çıxa, pley-off oynaya bilsinlər".
Nahid Məmmədov