"Qarabağ"ın İsveçin "Hekken" komandası ilə UEFA Avropa Liqasının qrup mərhələsinin VI turundakı oyununa hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi FIFA referisi Yucin Caya olacaq. Ona Doyando Miftari və Rejdi Avdo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Olsion Yzeiraj yerinə yetirəcək.
Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hekken” görüşü saat 21:45-də başlayacaq.