Avropa Liqasında həftənin ən yaxşı oyunçusu bəlli olub.
Fanat.Az xəbər verir ki, bu ada Fransanın “Renn” klubunun üzvü Benjamin Buriqe layiq görülüb.
O, “Milan”a 3:2 hesabıyla qalib gəldikləri ev oyununda het-tirkə imza atıb.
Avroliqada həftənin oyunçusu adına digər namizədlər bunlar idi: Mile Svilar (“Roma”), Roland Sallai (“Frayburq”), İndrit Tuçi (“Sparta”, Çexiya).