15:12 02.07.2013 953

Ramin Musayev: "Yubileydən heç mənim də xəbərim olmayıb"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi

- 2008-ci ildən yaranan, prezidenti olduğunuz qurumun bu gün 5 illik yubileyini qeyd edir. Budəfəki ad günü yubiley olduğundan sizin üçün fərqlidir?
- Bizim üçün 1, 5, 10-un fərqi yoxdur. İnşallah, komandalarımız bizi bu yay sevindilərsə, mərhələ keçərlərsə, bizim üçün bayram o olacaq. Açığı deyim ki, ad günü, təbriki ilk olaraq sizdən eşitdim. Bundan öncə Aslan müəllim (PFL-nin mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev nəzərdə tutulur – red.) zəng eləmişdi. Hətta işçilərimizin xəbəri yoxdur ki, bizim bu gün 5 illiyimiz tamam olur. Düzünü desəm, heç mənim də xəbərim olmayıb. Aslan deyəndən sonra bildim. Yəni bütün fikirlərim bugünkü oyunlarla bağlıdır.

- Klublarımızın üçün avrokuboklarda növbəti mövsümün PFL-in ad gününə təsadüf etməyi maraqlı məqamdır. Sizcə, “Qarabağ” “Xəzər Lənkəran” səfər oyunlarında sizləri sevindirə biləcək?
- İnşallah, hər ikisi bizi sevindirər. Mən buna inanıram.

- Birdən sevindirməsələr?
- Sevindirməsələr, onlara acıqlanmaram. Ancaq inanmıram ki, nə Con Toşak, nə də Qurban Qurbanov bizi məyus edəcək. Yəqin ki, onlar bu gün bizə hədiyyə edərlər. Onların yaxşı oyun etdirməyi bizim üçün qələbədir, hədiyyədir.

- İş elə gətirdi ki, öz 50 illik yubileyinizi də bu il, bir müddət öncə qeyd etdiniz. Sizin üçün hansı yubiley daha əlamətdardı?
- Hər ikisi 5-dir də (gülür). 5 də yaxşı rəqəmdir.

- PFL-nin yubileyini də 50 illiyiniz kimi keçirməyəcəksiniz, yoxsa?
- Klublarımızın hər 4-ü ilk mərhələni adlasa, keçirəcəyəm. Mətbuat işçiləri başda olmaqla yubiley tədbiri olacaq.

- Maraqlıdır ki, bu gün bizim də peşə bayramımızdır – beynəlxalq idman jurnalistləri günüdür. Fəaliyyət baxımından bir-birinə bağlı olan bu 2 peşə sahiblərinin ad gününün eyni vaxta təsadüf etməyində bir məna var?
- Mən bilirdim ki, PFL-in ad günündə idman jurnalistlərinin də peşə bayramıdır. Həm də görüşümüz olub. Ancaq məncə, üst-üstə düşməyi bir təsadüfdür. Yəqin, mənim jurnalistlərə hörmətimdir ki, tarix gəlib bizimlə bir günə düşüb.

- Oğlunuz Elvin Musazadə ötən mövsüm çıxış etdiyi “Qarabağ”la Makedoniyaya yollanıb, yoxsa?
- O, yenicə Bakıda gəlib, məşqdədir. Komandadan getməyib, sadəcə, Avroliqa oyunu üçün adları iştirak ərizəsinə düşməyən futbolçular burada məşq etməyə göndərilib.

- Övladınızı ilk dəfə avrokubok həyəcanı yaşaya bilərdi. Bundan məhrum olmaq sizi məyus etmədi?
- Yəqin ki, gələcəkdə olacaq. Ancaq özünü əsas heyətdə görməlidir, yerini qazanmalıdır. Elvin dedi ki, ata, mən bu gün özümü komandada hazır görmürəm. İnşallah, özümü göstərərəm.

İdman24.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X