22:43 26.12.2023 679

“Qarabağ” ilin komandası, Qurban Qurbanov ilin məşqçisi elan edildi

Gənclər və İdman Nazirliyi 2023-cü ilin idman yekunlarına həsr olunmuş tədbir keçirib.

Fanat.Az xəbər verir ki, “Buta Palas”da təşkil olunan mərasimə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri qatılıblar.

Gənclər və idman naziri Fərid Qayıbov 2023-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini bildirib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2024-cü ilin ölkə idmanı üçün daha da uğurlu olacağını vurğulayıb.

Sonra müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması start götürüb.

Bədii gimnast Zöhrə Ağamirova ilin ən yaxşı qadın, cüdoçu Hidayət Heydərov isə ən yaxşı kişi idmançısı adına layiq görülüb.

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” ilin ən yaxşı komandası elan olunub. 2023-cü ilin ən yaxşı məşqçisi isə “Qarabağ”ı çalışdıran Qurban Qurbanov seçilib.

2023-cü ilin ən yaxşı qadın idmançısı
1. Zöhrə Ağamirova (bədii gimnastika)
2. Gövhər Beydullayeva (şahmat)
3. İrina Zaretska (karate)

2023-cü ilin ən yaxşı kişi idmançısı
1. Hidayət Heydərov (cüdo)
2. Mixail Malkin (tamblinq)
3. Həsrət Cəfərov (yunan-Roma güləşi)

2023-cü ilin ən yaxşı qadın komandası
1. Bədii gimnastika üzrə milli komanda
2. Şahmat üzrə qadınlardan ibarət komanda
3. “Neftçi” basketbol klubu

2023-cü ilin ən yaxşı kişi komandası
1. “Qarabağ” FK
2. Yunan-Roma güləşi üzrə milli komanda
3. Tamblinq üzrə milli komanda

2023-cü ilin ən yaxşı məşqçisi
1. Qurban Qurbanov (futbol)
2. Siyana Vasileva (bədii gimnastika)
3. Rüstəm Alimli (cüdo)

2023-cü ilin hakimi
1. Nazim Umbayev (cüdo)
2. Sədi Quliyev (güləş)
3. Asif Şirəliyev (güləş)

2023-cü ilin idman tibb personalı
1. Ramil Vəliyev (cüdo)
2. Zaur Abdullayev (boks)
3. Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutu

2023-cü ilin idman federasiyası
1. Azərbaycan Gimnastika Federasiyası
2. Azərbaycan Cüdo Federasiyası
3. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası

2023-cü ilin idman klubu
1. “Ocaq Sport" klubu
2. “Sabah” basketbol klubu
3. “Qarabağ” FK

2023-cü ilin Olimpiya İdman Kompleksi
1. Quba OİK
2. Şəki OİK
3. Sumqayıt OİK

2023-cü ilin idman qurğusu
1. “Kür” Olimpiya Tədris-İdman Mərkəzi
2. Milli Gimnastika Arenası
3. Bakı Su İdman Sarayı

2023-cü ilin Uşaq-Gənclər İdman Məktəbi
1. Şuşa UGİM
2. “Ulduz” Futbol Akademiyası
3. Su İdman növləri üzrə yüksək idman ustalığı məktəbi

2023-cü ilin Ədalətli oyun (Fair Play) mükafatçısı
1. Qurban Qurbanov (futbol)
2. Azərbaycan Badminton Federasiyası
3. Fariz Hüseynov (cüdo)

2023-cü ilin idman tədbiri
1. Atıcılıq üzrə dünya çempionatı
2. "Prezident Kuboku 2023" kanoe və avarçəkmə üzrə beynəlxalq reqata
3. Taekvondo üzrə dünya çempionatı

2023-cü ilin idman kəşfi
1. H.Əliyev adına İKK-nin buz meydançası
2. Xədicə Qədəşova (cüdo)
3. Nicat Abasov (şahmat)

2023-cü ilin ən fəal idman jurnalisti
1. Zəki Feyzullayev (İdman.biz)
2. Gəray Qiyasov (Real TV)
3. Kənan Hakimov (İTV)

2023-cü ilin idman fotoqrafı
1. Dilavər Nəcəfov (AGİN)
2. Rüfət Abdullayev (İdman.biz)
3. Zaur Mustafayev (Trend)

2023-cü ilin idman filmi
1. “Stadionlar səssiz olanda”
2. “Qızlara ağ yaraşır!”
3. “Mübariz!”

2023-cü ilin idman media qurumu
1. CBC Sport
2. İdman TV
3. İdman.biz

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X