"Mançester Siti"nin hücumçusu Erlinq Holand kariyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı AS yayıb.
Xəbərə görə, "Kral klubu" Kilian Mbappedən müsbət cavab almayacağı halda, norveçli forvardla danışıqlara başlayacaq.
Qeyd edək ki, Holand MS-ə 2022-ci ilin yayında "Borussiya" (Dortmund) klubundan transfer olunub. Cari mövsüm skandinaviyalı ulduz bütün turnirlərdə 22 oyuna 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nahid Məmmədov