Türkiyənin "Konyaspor" klubunun rəhbərliyi baş məşqçi Hakan Keleşi istefaya göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı Konya təmsilçisinin sözçüsü Yunus Derabağ təsdiləyib.
O, artıq yeni baş məşqçi axtarışına başladıqlarını bildirib.
Qeyd edək ki, "Konyaspor" ötən gün Superliqada "Fənərbağça"ya 1:7 hesabı ilə məğlub olub. 19 tura 18 xal toplayan Konya təmsilçisi turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.