"Olimpik Marsel"in "Mançester Yunayted"in hücumçusu Antoni Marsyalı transfer edib-etməyəcəyi dəqiqləşib.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, Fransa təmsilçisinin Marsyala elçi düşdüyü ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Mənbə "Olimpik" rəhbərliyinin bu transfer barədə düşünmədiyini vurğulayıb.
Qeyd edək ki, Marsyal 2015-ci ildən MY-də çıxış edir. Cari mövsüm bütün turnirlərdə 19 oyuna çıxan ön xətt oyunçusu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.