"Real Madrid"in sabiq forvardı, hazırda "Xetafe"nin formasını geyinən Borxa Mayoral karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Mirror" yayıb.
Xəbərə görə, Mayoralın xidmətində "Arsenal" maraqlıdır və 26 yaşlı futbolçu üçün təxminən 25,5 milyon avro ödəməyə hazırdır. Mənbə sözügedən forvardın transferini "topçular"ın baş məşqçisi Mikel Artetanın şəxsən istədiyini, rəhbərliyə bu barədə məlumat verdiyini vurğulayıb.
Qeyd edək ki, Mayoral 2021-ci ildən "Xetafe"nın uğurları üçün çalışır. Cari mövsüm klubunun forması ilə bütün turnirlərdə 22 matça çıxan ispan forvard 14 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Xetafe" ilə müqaviləsinin müddəti 2027-ci ilə qədər nəzərdə tutulub.