"Yuventus"un hücumçusu Moyze Kin iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb.
Xəbərə görə, 23 yaşlı futbolçunun xidmətində "Fiorentina" və "Montsa" maraqlıdır. Mənbə oyun praktikasından əziyyət çəkən forvardın Turin təmsilçisindən ayrılmağı və müntəzəm forma şansı qazanacağı komandaya keçməyi üstün tutduğu vurğulanıb. "Yuventus" rəhbərliyinin isə Moyzeni satmağı yox, icarəyə verməyi uyğun saydığı bildirilib.
Qeyd edək ki, cari mövsüm "Yuve" forması ilə bütün turnirlərdə 12 matça çıxan Kin məhsuldar göstəricilərlə yadda qalmayıb.