Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"ın zədələnərək uzun müddətə sıradan çıxan Neymarla müqaviləyə vaxtından əvvəl xitam verəcəyi ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Fanat.Az-ın məlumatına görə, mövcud vəziyyətin nə yerdə olduğunu tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabında açıqlayıb.
Romano Neymarın heç yerə getməyəcəyini, "Əl-Hilal"ın 31 yaşlı braziliyalının adını yeni tranfer Renan Lodini sifariş edə bilmək üçün iştirak ərizəsindən çıxardığını vurğulayıb.
Xatırladaq ki, Neymar ötən ilin oktyabrında dizindən ağır xəsarət alıb. Onun cari mövsümün sonuna qədər oynaya bilməyəcəyi dəqiqləşib.