Portuqaliyalı hücumçu Rafael Leauda daha bir istedad kəşf edilib.
Fanat.Az xəbər verir ki, o, kitab nəşr etmək qərarına gəlib.
Ulduz avtobioqrafiya olan və fevralın 20-də işıq üzü görəcək kitabda musiqi mövzusuna da toxunulub. Bu da təsadüfi deyil: o, albom yazdıraraq mahnı oxuyur.
Portuqaliyalı hücumçu sosial şəbəkə hesabında bu barədə belə yazıb: "Mənim üslubum futbol, musiqi və moda həyatıdır".
Xatırladaq ki, Leau 2019-cu ildən "Milan"da çıxış edir. O, İtaliya nəhənginə Fransanın "Lill" klubundan keçib.
Mirağa