"Atletiko Madrid"in müdafiəçisi Çağlar Söyüncü karyerasını İstanbul nəhəngində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 27 yaşlı futbolçu "Fənərbağça"ya keçəcək.
Məlumatı şəxsi "X" hesabı üzərindən türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb. Xəbərə görə, İspaniya klubu ilə Türkiyə təmsilçisi Çağların transferi ilə bağlı razılığa gəliblər. Söyüncünün tibbi müayinə və müqavilə üçün bu gün Türkiyədə olacağı vurğulanıb.
Qeyd edək ki, Çağlar daha əvvəl İngiltərə "Lester"inin uğurları üçün çalışıb.