"Barselona" rəhbərliyi qeyri-sabit çıxışla diqqət çəkən komandanın baş məşqçisi Xavi barədə yekun qərarını verib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Mundo Deportivo" yayıb.
Kataloniya klubu mütəxəssisin gücünə inanır və yaxın gələcəkdə onunla yolları ayırmağı planlaşdırmır. İspaniyalı çalışdırıcı cari mövsümün sonunadək postunu tərk etməyəcək.
Qeyd edək ki, Xavi 2021-ci ilin noyabr ayından "Barselona"nı çalışdırır. 43 yaşlı mütəxəssisin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.